Haqqımızda

"TEKNUR MMC" öz ənənələrinə sadiq olmaqla daima inkişaf edir və irəli can atır. Biz fəxr edirik ki, bizim təcrübəmiz insanların həyat tərzində komfortun və istifadə olunan məhsulların keyfiyyətinin artırılmasına yardım edir. Müasir dövrün mürəkkəbliyi, əksər sahələrin inteqrasiyası və qloballaşması tərəfimizdən daima diqqət altına alınır. Texnoloji innovasiyaların sınaqdan keçirilməsi və tətbiqi sahəsində şirkətimiz 18 ildən artıq təcrübəyə malikdir. Bu müddət ərzində davam edən müntəzəm işimizdə təcrübəmiz artıq peşəkar səviyyəyə çatmışdır.

Şirkətimiz CAME, GEZE , CISA, MOTTURA şirkətləri ilə sertifikatlaşdırılmış partnyor münasibətlərinə malikdir. Həmçinin şirkətimiz "URBACO", “VIRO”, “AMİG”, “ORO&ORO”, “SALICE PAOLO”, “COBA” və s. şirkətlərin məhsullarının Azərbaycanda rəsmi distribyutorudur.

Şirkətimizin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
• Ofis, bina və mənzillərin mühafizə və yanğından qorunma sistemlərinin qurulması, avtomatlaşdırılması və idarə edilməsi;
• Giriş-çıxış nəzarəti və parklama sistemlərinin layihələndirilməsi və icrası;
• Avtomatik darvaza, qaraj və seyf qapı sistemlərinin istehsalı, satışı və quraşdırılması;
• Yeni texnologiyalı darvaza aksessuarlarının və müasir açar-kilid sistemlərinin təchizatı, satışı və montaj edilməsı;
• Satılan və istehsal edilən bütün məhsulların texniki servis işlərinin həyata keçirilməsi;

Zaman keçdikcə biz yaşamın yaxşılaşdırılması, həyat keyfiyyətinin səviyyəsinin artırılması yolunda əlimizdən gələni əsirgəmirik. Eyni zamanda da ideya və innovasiyalara, təhlükəsizlik və rahatlığa xüsusi önəm veririk. Müştəri ilə münasibətlərin etibarlılığı və şəffaflığı, texnologiyaların təkmilləşdirilməsi, gələcəklə bağlı təşəbbüslər, bütün məqsəd və ambisiyaların həyata keçirilməsi daima diqqət mərkəzimizdədir.