Biznesdə yeni səs və nəfəs

“Biznes Dinamikası” və planlama İstehsalçı Şirkətdə onun “Distributor”u tərəfindən verilən “Təklif və Tələb” əsasında qurulur və ilkin “avans” ödənişi ilə təsdiqlənməklə həyata keçirilir. Bu halda İstehsalçı Şirkət risksiz, “itki” verməyərək “qazanc” əldə edəcəyinə əmindir. Diqqət: burada “avans” ilkin kapital qoyuluşu var və o, həm də istehsal prosesinə təkan verən “Biznes Təsir Qüvvəsi”dir. Göründüyü kimi, “Distributor”un Maliyyə sahibindən əldə edilən və İstehsalşıya ödənilən kapital “Biznes Təsir Qüvvəsi”olmaqla, Biznes Dinamikasının əsasını təşkil edir.

Seyf qapı, kilid və açarınız etibarlı olsun!

İqtisadi böhran və bir neçə bankın bağlanması səbəbindən, bugün “yastıqaltı” pulların artması heç kimə gizli deyil. Hətta gündəmdə olan maliyyəçilərimiz də pulların oğurlanması ehtimalını önə çəkərək, əhalini depozitlərini banklara qoymağa çağırdı. Bununla belə, ev içi dəyərlər və qiymətli əşyaların doğru mühafizəsi üçün “Teknur”MMC-nin direktoru Firuz Atakişiyev təklif edir: 
Seyf qapınızı, kilid və açarınızı etibarlı seçin!

Doğru seçim üçün – biz varıq!

Ev, müəssisə, təşkilat fərq etməz, istənilən tikili barədə ilk təəssürat qapılardan başlayır.“Teknur” MMC şirkəti Azərbaycanda keyfiyyətli və uzunömürlü avtomatik qapıların tədarükçüsü kimi tanınır.
Şirkətin direktoru Firuz Atakişiyev hesab edir ki, müştəri özünə darvaza və ya qaraj qapısı, həmçinin onları idarə edən avtomatikqurğu və avadanlıqları seçərkən olduqca diqqətli olmalıdır. Oxucularımızı bu maraqlı müsahiblə tanış olmağa dəvət edirik.